AZ

Avropa Komissiyasına müdafiə üzrə yeni komissar təyin ediləcək

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen təşkilatın yeni tərkibində müdafiə üzrə Avropa komissarı təyin etməyi planlaşdırır.

Bu barədə onun seçkiqabağı proqramında bildirilib.

Bildirilib ki, Lyayen 2029-cu ilə qədər ikinci müddətə bu posta yenidən seçilərsə, o, Avropa İttifaqını müdafiə ittifaqına çevirəcəyini vəd edir.

Məlumata görə, bu gün Strasburqda Avropa Parlamentində Avropa Komissiyasının yeni rəhbəri vəzifəsinə Ursula fon der Lyayen namizədliyi ilə bağlı səsvermə keçiriləcək.

\"Növbəti beş il ərzində işimiz Avropa İttifaqının həqiqi müdafiə sisteminin qurulmasına yönəldiləcək”, - seçkiqabağı proqramda qeyd edilib.
 
///Report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
azxeber.com

10Mənbələr