EN

45 dövlət və hökumət başçısı Böyük Britaniyaya toplaşır

Image

London yaxınlığındakı Oksfordşirdə keçiriləcək “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək. 2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib. Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutacaq.
Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

“The Guardian” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir. Bir günlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikenin qəbulu nəzərdə tutulmur.

Mətləb Salahov







Chosen
132
9
baki-xeber.com

10Sources