EN

Cənubi Koreyada güclü yağış yağdı

Cənubi Koreyanın paytaxt regionunda güclü yağışlar yağıb, nəticədə yaşayış rayonlarının və avtomagistralların əhəmiyyətli hissəsi suyun altında qalıb. SİA xəbər verir ki, Koreyanın Meteorologiya İdarəsi vətəndaşlara leysan yağışlar haqqında xəbərdar edən təcili bildirişlər göndərib.

Yağıntının miqdarı bir saatda 50 millimetrdən və ya üç saatda 90 millimetrdən çox olduqda güclü yağış xəbərdarlığı verilir.

Yağışlar Cənubi Koreyanın şimalındakı bir çox rayonlara da təsir edib, fövqəladə hallar xidmətləri dəyən ziyan barədə artıq 200-dən çox məlumat alıblar.

Səlahiyyətlilər, həmçinin yaşayış rayonlarında iki Koreya arasındakı sərhəd ərazisindən yağış axınları ilə gətirilə bilən piyadaya qarşı minaların peyda olması ehtimalı haqqında əhalini xəbərdar ediblər.

Sinoptiklər qeyd edirlər ki, Cənubi Koreyada bu il xüsusilə güclü olan leysan yağışı mövsümü həmişəkindən bir qədər tez başa çatacaq - təxminən iyulun sonunda, bundan sonra Koreya yarımadası istilik dalğası ilə üzləşəcək.

Chosen
73
2
sia.az

3Sources