Dortmund "Borussiya"sından ayrılan Marko Roysun yeni klubu bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, almaniyalı yarımmüdafiəçinin ABŞ-ın "Los Anceles Qalaksi" klubu ilə razılığa gəldiyini bildirib. 35 yaşlı futbolçunun tezliklə MLS təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, 2012-ci ildən “Borussiya”da çıxış edən Marko Roys bu yay Dortmund klubundan ayrılıb. O, bu klubla 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb.
Bizim.Media