AZ

Marko Roys yeni klubla razılığa gəlib

Dortmund "Borussiya"sı ilə yollarını ayıran Marko Roysun yeni klubu dəqiqləşib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, almaniyalı yarımmüdafiəçinin ABŞ-ın "Los Anceles Qalaksi" klubu ilə razılığa gəldiyini bildirib. 35 yaşlı futbolçunun tezliklə MLS təmsilçisinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2012-ci ildən “Borussiya”da çıxış edən Marko Roys bu yay Dortmund klubundan ayrılıb. O, bu klubla 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb.

Seçilən
56
3
apasport.az

4Mənbələr