EN

“Neftçi”nin baş məşqçisindən gözlənilməz qərar

“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçuk Türkiyədə maraqlı qərar qəbul edib.

Futbolinfo.az sportinfo.az-a istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı komandanı ictimaiyyətdən gizlətməyə dair göstəriş verib.

Paytaxt təmsilçisi qardaş ölkədə keçirdiyi ilk yoxlama matçında “Alanyaspor”u 3:1 hesabı ilə məğlub edib. “Ağ-qaralar” bu gün Super Liqanın digər təmsilçisi “Sivasspor”la üz-üzə gələcək.

Ötən oyun olduğu kimi, növbəti qarşılaşma da yayımlanmayacaq.

Yaxınlarda 2 illik müqavilə imzalamış miütəxəssisin tapşırığına əsasən, Premyer Liqanın startına keçiriləcək bütün yoxlama görüşləri heç yerdə göstərilməyəcək.

O, oyunlardan icmal videolarının hazırlanmasına da qadağa qoyub. Həmçinin təlim-məşq toplanışının gedişindən çəkilişlərin edilməsinə icazə tanımayıb.

Qriqorçukun addımı bir məqsədə xidmət edir – rəqiblərin “Neftçi”nin mövcud durumu barədə məlumat toplamasını əngəlləmək.

Chosen
35
4
futbolinfo.az

7Sources