EN

Qadın futbolçularımız Avropa çempionatında ilk dəfə pley-offa yüksəliblər

Image

Qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir tarixi uğura imza atıb. Daha öncə Millətlər Liqasında B divizionuna yüksəlməklə ölkə futbolunun tarixinə düşən Siyasət Əsgərovun komandası bu dəfə Avropa çempionatının seçmə mərhələsində ilk dəfə pley-offa vəsiqə qazanıb.

B Liqasının 1-ci qrupunda mübarizə aparan yığma son oyunda İsveçrə seçməsinə 0:5 hesabı ilə uduzaraq sonuncu olsa da, pley-offa yüksəlib. Bu raundda ümumilikdə 28 komanda final mərhələsinə son 7 vəsiqə uğrunda mübarizə aparacaq. İki raunddan ibarət olan pley-off mərhələsinin püşkü iyulun 19-da atılacaq. Əvvəlcə 28 komanda 14 cütlük təşkil edəcək. Ardınca isə qalib yığmalar Avropa çempionatına son 7 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
7
baki-xeber.com

10Sources