EN

"Həm gülməli, həm də ağlamalıdır"

"Bakıya gələndən ancaq milli yeməklərdən yeyib yatıram. 5 kiloqram kökəlib, qayıdacağam. Bu aralar çox paylaşımlar da etmirəm. Çünki mənə nə maraqlı, nə də əhəmiyyətlidir. Başqalarını da aylardır nadir hallarda girib izləyirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri keçmiş aparıcı Günel Hümbətova izləyicilərinin ünvanladığı suallara cavab verərkən deyib. Uzun müddətdir Amerikada yaşayan Günel Bakıya köçməsi haqda suallara belə reaksiya verib:

"Doğmalarımın əhatəsində istirahətimin dadını çıxardıram, səhərə qədər bol söhbətlər edirik. Amerikada hamısı üçün çox darıxmışdım. Bir də yazıb soruşanlara cavab: Yox, Bakıya köçməmişəm. Bura tətilə gəlmişik. Bakının yayı üçün çox darıxmışdım.  6 il idi ki, Bakının yayını görmürdüm. Özümü burada çox xoşbəxt hiss edirəm".

Günel əlavə edib ki, qızı Jozefinaya Azərbaycan dilini öyrətməyə çalışır:

"Birinci məqsəd Amerikaya qayıdanda bu balaca qıza mütləq Azərbaycan dilini öyrətməkdir. Günümüz belə keçir. Qızım nənəsi ilə də "Google translate" vasitəsi ilə ünsiyyətdədir. Həm gülməli, həm də ağlamalıdır".

Qeyd edək ki, Günel Hümbətova əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə ailə qurub. Onun bu nikahdan bir qız övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
38
3
milli.az

8Sources