EN

Bakı və Abşeronda 34° isti var - FAKTİKİ HAVA 

İyulun 16-sı saat 17:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Göygöl, Gəncə, Yevlax, Şahdağ, Şəki, Oğuz və İsmayıllıda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda anomal istilər gözlənilir – XƏBƏRDARLIQ  


Məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34°, Naxçıvan Muxtar Respublikasında 35°, Aran rayonlarında 36°, dağlıq rayonlarda 23°-dək isti olub.

Bizim.Media

Chosen
79
34
bizim.media

10Sources