"Sevilya" "Atletiko"nun yarımmüdafiəçi Saul Niqesi heyətinə qatıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2024/25 mövsümünün sonuna qədər icarə əsasında La Liqa təmsilçisində çıxış edəcək.
Müqavilə bir ildən sonra icarə müddətinin uzadılması imkanını nəzərdə tutur.
Saul 2012-ci ildə “Atletiko”da debüt edib. O, 427 rəsmi oyuna çıxıb, 48 qol vurub və 26 qolun ötürməsini verib.
Bizim.Media