EN

Prezident yenidən qurulan Nərimanov parkında - VİDEO 

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Bakının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı parkın ərazisini gəzib, görülən işlərlə tanış olub.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində son illərdə ardıcıl tədbirlər davam etdirilir. 
Nərimanov parkının yenidən qurulması bu il COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır. 

Sözügedən görüntüləri təqdim edirik: 
 

Bizim.Media
Chosen
95
1
bizim.media

10Sources