EN

Marmaris sahillərində alovlanan gəmi batdı

Türkiyənin Marmaris sahillərində turistlərin əyləncəsi üçün nəzərdə tutulan gəmidə baş verən yanğında ən azı iki nəfər yanıb.

Publika.az İHA-ya istinadən xəbər verir ki, bu barədə Marmaris administrasiyasının rəhbəri Nurullah Kaya məlumat verib.

Qeyd olunub ki, hadisə baş verən zaman gəminin göyərtəsində ümumilikdə 37 nəfər olub. Keçi adasına bir günlük tura çıxan gəmidə naməlum səbəblərdən yanğın baş verib.

Yanğın sürətlə bütün gəmiyə yayılıb, 34 sərnişin və üç ekipaj üzvü dənizə atılıb. Onlar yaxınlıqdakı şəxsi yaxtalar və sahil mühafizə gəmiləri tərəfindən xilas ediliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
16
publika.az

10Sources