AZ

Türkiyədə turist gəmisində baş verən yağında xəsarət alanların sayı artıb - YENİLƏNİB

Türkiyənin Marmarıs bölgəsində turistlər üçün nəzərdə tutulan gəmin yanması nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, "Eagles” adlı gəmidə baş verən yanğında 96 sərnişin və 17 ekipaj üzvü təxliyə edilib. Vurğulanıb ki, 3-ü ağır olmaqla 17 nəfər yaralanıb. Gəmi tamamilə batıb və hazırda inzibati araşdırma aparılır.

2024-07-14 22:10
Türkiyənin Marmaris sahillərində turistlərin əyləncəsi üçün nəzərdə tutulan gəmidə baş verən yanğında ən azı iki nəfər yanıb.

Bu barədə Marmaris administrasiyasının rəhbəri Nurullah Kaya məlumat verib.

Qeyd olunub ki, hadisə baş verən zaman gəminin göyərtəsində ümumilikdə 37 nəfər olub. Keçi adasına bir günlük tura çıxan gəmidə naməlum səbəblərdən yanğın baş verib.

Yanğın sürətlə bütün gəmiyə yayılıb, 34 sərnişin və 3 ekipaj üzvü dənizə atılıb. Onlar yaxınlıqdakı şəxsi yaxtalar və sahil mühafizə gəmiləri tərəfindən xilas edilib.

Yanğın söndürüldükdən sonra gəmi batıb, prokurorluq araşdırma aparır.
 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
10
7news.az

10Mənbələr