Nabran qəsəbəsində bədbəxt hadisə baş verib.
Hadisə qəsəbənin ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, 13 yaşlı Etibar Böyükağa oğlu Həsənli istirahət mərkəzinin hovuzunda batıb.
Onun meyiti müayinə olunmaq üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Report
Tarix: 14 İyul 2024, 23:14