AZ

Nabranda yeniyetmə hovuzda boğulub

Xaçmaz rayonunun Nabran qəsəbəsində bədbəxt hadisə baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə qəsəbənin ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.

 

Belə ki, 13 yaşlı Həsənli Etibar Böyükağa oğlu istirahət mərkəzinin hovuzunda batıb.

 

Onun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
106
17
azedu.az

10Mənbələr