Pakistanın baş naziri Şahbaz Şərif ABŞ-ın keçmiş prezidenti Donald Trampa hücumu şok adlandırıb və siyasətdə istənilən zorakılığı pislədiyini qeyd edib.
Bu barədə o, X sosial şəbəkəsində yazıb.
Şərif eyni zamanda qeyd edib ki, Trampa tezliklə sağalma və cansağlığı arzulayır.
Həmçinin Kanada hökumətinin başçısı Castin Trüdo Pensilvaniyada Trampa qarşı sui-qəsd cəhdindən sonra siyasi zorakılığı qəbuledilməz adlandırıb.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Trampın mitinqində baş verən atışmanı pisləyib və ona tezliklə sağalmasını arzulayıb.
DOĞRU.AZ