21 yaşlı ingiltərəli futbolçu Liam Delap "Mançester Siti" klubundan ayrılıb.
Gundem.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücumçu İngiltərənin digər klubu "İpsviç"ə transfer olunub.
Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Liam Delap “Mançester Siti”nin heyətində 6 oyuna çıxıb və 1 qol vurub.