AZ

İngiltərəli futbolçu "Mançester Siti" klubunu tərk edib

İngiltərəli futbolçu "Mançester Siti" klubunu tərk edib

İngiltərəli futbolçu Liam Delap "Mançester Siti" klubunu tərk edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu İngiltərənin digər təmsilçisi "İpsviç"ə transfer olunub.

Onunla müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. "Transfermarkt" portalı sövdələşməni 17,85 milyon avro qiymətləndirib.

Delap ötən mövsüm icarə əsasında "Hall Siti"də çıxış edib. O, 31 çempionat matçında 8 qol vurub, 2 məhsuldar ötürmə edib. "Mançester Siti"nin heyətində isə cəmi 6 oyuna çıxıb və 1 qol vurub.

Seçilən
83
4
sonxeber.az

10Mənbələr