EN

Bir milyon qazanacaq

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor növbəti dəfə diqqət mərkəzinə düşüb.Sportfm.az xəbər verir ki,Avro-2024-ün finalında İspaniya millisinin İngiltərə üzərində qələbəsinə böyük mərc edib. İspanlar çempion olsa, irlandiyalı döyüşçü 1 milyon dollar qazanacaq.“Vamos, İspaniya! Ad günümdə İspan Avropa çempionatını qazanması üçün pul yatırdım! Əla hədiyyə!” – deyə Makqreqor X sosial şəbəkəsində yazıb.Qeyd edək ki, final görşüü İyulun 14-də Almaniyanın paytaxtı Berlində yerləşən Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 23.00-da başlayacaq.Qeyd edək ki, bir neçə gün əvvəl Makqreqor Neyt Diazın Xorxe Masvidalla boks görüşündə qalib gəlməsinə 500 min dollar mərc edib və 1,6 milyon dollar qazanıb.скачать dle 10.4 UTF-8Forex для начинающих

Chosen
20
sportfm.az

1Sources