EN

Mərkəzi Banka daxil olan müraciətlərin icra statusunun izlənilməsi imkanı yaradılıb

Bakı. Trend:

Maliyyə xidmətləri istehlakçılarının və investorların AzərbaycanRespublikasının Mərkəzi Bankına müraciət imkanlarınıngenişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təminolunması istiqamətində tədbirlərin həyata keçirilməsi davametdirilir.

AMB-dən Trend-ə bildirilib ki, görülən işlərin nəticəsi olaraqvətəndaşlara birbaşa və ya digər qurumlardan kağız daşıyıcıvasitəsilə Mərkəzi Banka ünvanladıqları müraciətlərin icrastatusunu izləmək imkanı təqdim olunub.

"Belə ki, müraciət edən şəxs contact.e-cbar.az internetsəhifəsində yaradılmış digər müraciətlərim xanası üzərindənşəxsiyyət vəsiqəsinin FİN nömrəsini daxil edə, bununla damüraciətinin icra statusunu izləyə biləcək. İcra statusunu izləməküçün öncədən müraciətlərə FİN nömrəsini qeyd etmək zəruridir.

Xatırladaq ki, contact.e-cbar.az internet səhifəsi üzərindənmüraciət etdikdə icra barədə bildirişlər qeyd edilən mobil nömrəyə,gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş müraciətin yekunnəticəsi barədə məlumat isə elektron poçta avtomatik qaydadagöndərilir. Həmçinin işçi kabinetdə müraciətin icra vəziyyətininizlənilməsi də mümkündür.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçıları və investorlarMərkəzi Banka müraciətlərini aşağıdakı vasitələrlə ünvanlayabilərlər:

966 qaynar xətti ilə əlaqə saxlamaqla

Poçt ünvanına məktub göndərməklə

e-cbar.az internet səhifəsi vasitəsilə onlayn qaydada müraciətetməklə

Mərkəzi Bankın inzibati bina və regional mərkəzlərinəyaxınlaşaraq qəbulda ərizə yazmaqla

Kağız daşıyıcıda birbaşa müraciət təqdim etməklə

Bununla belə, Azərbaycan Respublikasının Prezidentinin 2024-cüilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqındaSərəncamına uyğun olaraq ölkəmizdə ətraf mühitinsağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması üçün kağızdaşıyıcıdan istifadənin azaldılması məqsədi ilə maliyyə xidmətləriistehlakçılarının və investorların Mərkəzi Banka contact.e-cbar.azinternet səhifəsi üzərindən müraciət etməsini tövsiyə edirik".

Əlavə sual yarandığı halda Mərkəzi Bankın 966 qaynar xəttivasitəsilə əlaqə saxlamaq olar.

Chosen
127
9
az.trend.az

9Sources