EN

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol bağlanacaq

Sabah saat 06:00-dan etibarən 14 iyul saat 22:00-dək Bakının Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.  

Bildirilib ki, buna səbəb həmin yolda təmir işlərinin aparılmasıdır. 

Bizim.Media

Chosen
68
2
bizim.media

10Sources