EN

“Biz amansız müharibədə Putinə qarşı birləşmişik” - Bayden

“Biz Ukraynanı Rusiya təcavüzünə qarşı müqavimət göstərmək üçün silah, sursat və təlimlə təmin edəcəyik”.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

O bildirib ki, 20 ölkə Ukrayna ilə təhlükəsizlik sazişlərinə qoşulub.

"Ortamüddətli perspektivdə biz Ukraynanı qorumaq və yeni təcavüzün qarşısını almaq üçün ordunun qurulmasına kömək edəcəyik. Belə ki, əgər Rusiya prezidenti Vladimir Putin bunu yenidən etmək qərarına gəlsə, bütün ölkələr bunu dəstəkləyəcək", - deyə Bayden vurğulayıb.

O, qeyd edib ki, biz bu mənasız və amansız müharibədə Putinə qarşı birləşmişik.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
112
50
missiya.az

10Sources