Türkiyə Ptezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində keçirilən NATO-Ukrayna Şurasının iclasında iştirak edib.
Məlumata görə, Türkiyə Prezidenti sessiyadan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Keir Starmer və NATO baş katibi Yens Stoltenberqlə görüşüb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan sessiyadan əvvəl həmçinin Çexiya Prezidenti Petr Pavel, Albaniyanın Baş naziri Edi Rama və Hollandiyanın Baş naziri Dik Sçof ilə də söhbət edib.