AĞ Partiya başqanı Tural Abbaslı 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyini irəli sürüb. Bu barədə açıqlamasında partiya rəsmisi Cavanşir Abbaslı məlumat verib. Cavanşir Abbaslı bildirib ki, başqanın sənədləri Dairə Seçki Komissiyasına təqdim olunub: “Böyük ehtimalla sabah imza vərəqələri götürüləcək və imzatoplama kampaniyasına start veriləcək”.