AZ

Asim Mollazadə də seçki qərarını açıqladı

Demokratik İslahatlar Partiyası Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Bu barədə “AzPolitika”-ya adıçəkilən partiyadan məlumat verilib.

Qeyd olunur ki, qərar partiya Siyasi Şurasının iclasında qəbul edilib. Siyasi Şura partiyanın seçkilərdə iştirak edəcək namizədlərini də müəyyənləşdirib. Hələlik partiyanın 17 seçki dairəsi üzrə namizədi təsdiqlənib. Onlar aşağıdakı dairələrdən namizədliklərini irəli sürəcəklər:

1. 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən

2. 15 saylı Yasamal birinci Seçki Dairəsindən

3.16 saylı Yasamal ikinci Seçki Dairəsindən

4. 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən

5. 19 saylı Nərimanov birinci Seçki Dairəsindən

6. 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən

7. 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən

8. 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən

9. 39 saylı Gəncə ikinci Seçki Dairəsindən

10. 42 saylı Sumqayıt birinci Seçki Dairəsindən

11. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən

12. 54 saylı Mingəçevir Seçki Dairəsindən

13. 64 saylı Salyan Seçki Dairəsindən

14. 66 saylı Saatlı Seçki Dairəsindən

15. 74 saylı Masallı Seçki Dairəsindən

16. 75 saylı Lənkəran-Masallı Seçki Dairəsindən

17. 104 saylı Gədəbəy Seçki Dairəsindən.

Qeyd olunur ki, partiyanın sədri Asim Mollazadə namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb.

Partiya artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Rasim

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
30
azpolitika.info

10Mənbələr