“Mövcud vəziyyət, inkişaflar və səhvlər potensialı baxımından 2020-ci ildəki müharibədən əvvəlki situasiyaya bənzəyir".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 11-də Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan danışıb.
Onun sözlərinə görə, o zaman da insanlar xəbərdarlıq ediblər ki, fəlakətin yaxınlaşdığını bildirlər, lakin onun qarşısını almaq mümkün olmayıb. "Bu dəfə də hadisələrin eyni inkişafının qarşısını almaq üçün hər şeyi etməliyik",-deyə erməni revanşist ekspert qeyd edib.
Ovannisyanın fikrincə, Ermənistanda siyasət ölkənin yox, bir nəfərin maraqlarına uyğun aparılır. “Bizim (Ermənistan-red.) üçün tək qaldığımız, zəif olduğumuz və heç nə edə bilməyəcəyimiz bir vəziyyət yarana bilər. Danışıqlar prosesində qarışıqlıq var”, - deyə Ovannisyan vurğulayıb.
Erməni politoloqun sözlərinə görə, Ermənistan sürətlə müttəfiqlərini və təhlükəsizlik sistemini itirir, Azərbaycan isə onlarla eyni intensivliklə, xüsusən də Rusiya, Qərb, Çinlə əlaqələr qurur.
Musavat.com