AZ

Ermənistan Konstitusiyası həqiqətən də reallıqlara cavab vermir” - Sergey Markov

“Məncə, bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri kifayət qədər yüksəkdir. Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır. Artıq iki ölkə arasında 12 km sərhədin demarkasiyası həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndlərini Azərbaycana qaytarıb. Deyə bilərik ki, ikitərəfli sülh prosesi də Ermənistanın istəyi ilə gedir. Əminəm ki, respublikanın hakimiyyət orqanları da Azərbaycana qarşı bütün ərazi iddialarını ölkə Konstitusiyasından çıxaracaq, Azərbaycanın tələb etdiyi budur. Baxmayaraq ki, vaxtaşırı Ermənistan hökumətinin nümayəndələri Konstitusiyanın dəyişdirilməsi ilə sülh müqaviləsinin bağlanması prosesinin heç bir əlaqəsi olmadığını deyirlər. Bunun fonunda Ermənistanın baş naziri vaxtaşırı deyir ki, ölkə Konstitusiyasının həqiqətən də dəyişdirilməsi lazımdır, çünki bu, reallıqlara cavab vermir”.

News365.az- xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib. O bildirib ki,  Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır:

“Amma prinsipcə, Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir. Düşünürəm ki, Paşinyan hər şeyi necə təqdim edəcəyini və vəziyyətdən necə çıxacağını tapacaq. Hər halda, Ermənistan üçün Azərbaycanla sülh imzalasa, bu, daha yaxşı olar. Ölkə həyatında yeni səhifə açılacaq”.

News365.az


Seçilən
132
33
news365.az

10Mənbələr