Tayvan adası ətrafında Çin ordusuna aid 37 təyyarənin göründüyü bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, təyyarələrdən 36-sı Tayvan boğazında nominal “orta xətt”dən kənara çıxıb və Tayvanın “Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası” olaraq elan etdiyi əraziyə daxil olub.
Xatırladaq ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir.