EN

"Kapital Bank" istiqrazlarının "PAŞA Kapital" vasitəsilə uğurlu emissiyası həyata keçirildi

Bakı. Trend:

28 iyun 2024-cü il tarixində “PAŞA Kapital İnvestisiya Şirkəti”QSC-nin anderrayteri olduğu “Kapital Bank” ASC-nin istiqrazlarıabunə yazılışı üsulu ilə birjaya yerləşdirildi. İstiqrazlarınburaxılış həcmi 30 milyon ABŞ dolları təşkil edir.

Sənədsiz, adlı, faizli və təmin edilməmiş istiqrazlar premiumbazar seqmentində listinqə daxil edilib. Bu istiqrazlarsubordinasiya borcu kimi, 7 illik tədavül müddətilə buraxılır.İstiqrazların ödəmə periodu 360 gün əsasında hər 90 təqvim günününbaşa çatmasından sonra növbəti 3 iş günündən gec olmayaraq təyinedilib.

“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyatakeçirilmiş və 8 iyul 2024-cü il tarixində yekunlaşmış abunəyazılışında hərrac zamanı 4 hüquqi və 33 fiziki şəxs olmaqla,ümumilikdə 37 investor tərəfindən sifarişlər yerləşdirilmişdir.Yerləşdirmə prosesində bir istiqrazın qiyməti 100 ABŞ dollarıolaraq təyin edilib və ümumilikdə 30 milyon ABŞ dolları məbləğindəsifariş təqdim olunub.

Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 11,613,000dollar (39%), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmiisə 18,837,000 dollar (61%) təşkil etmişdir. Gəlirliliyi 7% olan buqiymətli kağızların hər birinin nominal dəyəri 100 ABŞ dollarıdır.37 investor tərəfindən 30 milyon ABŞ dolları dəyərindəreallaşdırılmış istiqrazlar üzrə ödəmə 8 iyul 2031-ci ildə həyatakeçiriləcək.

Dollarda rəqabətli gəlirlilik təklif edən “Kapital Bank”istiqrazlarını əldə etmək istəyən investorlar “PAŞA Kapital”şirkətinin https://www.pashacapital.az/rəsmi saytı və ya 1548 nömrəsi ilə müraciət edə bilərlər.

Chosen
75
5
az.trend.az

6Sources