Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmənin Moha (Mokka) limanı yaxınlığında gəmiyə hücum edildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“UKMTO Yəmənin Moha şəhərindən 40 dəniz mili (təxminən 74 km) cənubda insident barədə məlumat alıb”, - paylaşımda qeyd edilib.
Bildirilib ki, hadisə hücum kimi təsnif edilir və səlahiyyətlilər araşdırma aparır.