EN

8 Noyabr prospektində tikilən körpünün istifadəyə veriləcəyi tarix AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tikintisinə aylar əvvəl başlanılan metal konstruksiyalı və müasir arxitekturaya malik olan körpüdə işlər sürətlə davam edir.
Bu körpü paytaxtın 8 Noyabr prospekti üzərindən Bakı "Ağ şəhər" layihəsinin Fəvvarələr Meydanı Parkını və Dənizkənarı Milli Parkı birləşdirəcək.
Layihə rəhbəri Xaliq İsmayılovun sözlərinə görə, körpüdən fiziki imkanları məhdud şəxslərin rahat istifadəsi üçün iki lift və əlavə pilləkənlər quraşdırılacaq.
Artıq işlərin böyük hissəsi yekunlaşmaq üzrədir.
Körpü noyabr ayına qədər sakinlərin istifadəsinə veriləcək.
Ətraflı "AzTV Xəbər"in süjetində:
Chosen
169
22
oxu.az

9Sources