İyulun 10-da İsmayıllının bəzi ərazilərində su təminatının dayandırılması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması ilə əlaqədar yolun bir hissəsindəki magistral su kəmərinin mühafizəsi və köçürülməsidir.
Bizim.Media