EN

İsrail ordusu terrorçuluqda şübhəli bilinən 15 nəfəri saxladı

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 15 nəfəri saxlayıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki. bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd edilir ki, hərbçilər xüsusilə İordan çayının qərb sahilindəki "Nur Şəms" fələstinli qaçqın düşərgəsində 15 saatlıq anti-terror əməliyyatı keçirib, orada çoxlu sayda partlayıcı maddə aşkar edilərək ələ keçirilib, bir neçə yol kənarına yerləşdirilən bomba və bomba yüklü avtomobil aşkarlanıb. Ordu departamenti bildirib ki, bütün məhbuslar əlavə araşdırma üçün təhlükəsizlik xidmətlərinə təhvil verilib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4150-yə yaxın adam saxlanılıb.

Onlardan təxminən 1750 nəfəri Həmas hərəkatı ilə əlaqədə şübhəli bilinir.

Yusif EYVAZLI

Chosen
81
2
redaktor.az

4Sources