AZ

İsrail ordusu terrorçuluqda şübhəli bilinən 24 nəfəri saxladı

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 24 nəfəri saxlayıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hərbçilərin bildirdiyinə görə, reydlər xüsusilə İordan çayının qərb sahilindəki Ramallah, Beytüllahim və Nablus şəhərlərində həyata keçirilib. Mətbuat xidməti əlavə edib ki, bütün məhbuslar əlavə araşdırmalar üçün yəhudi dövlətinin təhlükəsizlik xidmətlərinə təhvil verilib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4150-yə yaxın adam saxlanılıb. Onlardan təxminən 1750 nəfəri Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqədə şübhəli bilinir.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
bakupost.az

2Mənbələr