EN

Birinci Qarabağ müharibəsinin daha 10 şəhidi dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha on şəhidin dəfn ediləcəyi yer və tarix məlum olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər xiyabanında, Baxışov İdris Osman oğlu Quba rayonu, Qənidərə kəndində, Əliyev Muğan Gəray oğlu Füzuli rayonu, Çimən kəndində, Əliyev İmaməddin Əliağa oğlu Ağdaş rayonu, Pirəzə kəndində, Rəhimova Səfiyyə Müləzim qızı və Rəhimov Müsaddin Sədri oğlu Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediləcəklər.

Chosen
107
49
avtosfer.az

10Sources