Mübahisəli “xarici təsirin şəffaflığı” qanununu qəbul edən Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin dayandırıldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin Gürcüstandakı nümayəndəliyinin “X” hesabında yazdığına görə, İttifaqın Gürcüstandakı səfiri Pavel Herçinski paytaxt Tbilisidə iştirak etdiyi tədbirdə ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
Herçinski açıqlama verərək bu qərarın Aİ-nin Liderlər Zirvəsinə qatılan liderlər tərəfindən verildiyini bildirib. Qərar çərçivəsində Aİ-nin Gürcüstana 2024-cü il üçün ayırdığı 30 milyon avro maliyyə yardımının dondurulduğu bildirilib.
Müəllif: Səbinə Hüseynli