EN

"Qəbələ" 5 legioner arasında seçim edəcək

"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı saytımıza açıqlamasında yerli futbolçu bazarını yekunlaşdırdıqlarını, hazırda bütün diqqətlərinin legioner seçiminə yönəltdiklərini bildirmişdi.

Rekord.az-a daxil olan məlumata görə, bölgə təmsilçisi hazırda 5 legionerlər danışıq aparır.

Həmin futbolçular özləri də xeyli futbolçunun içindən seçilib. Amma bu, o demək deyil ki, həmin futbolçuların hamısı ilə müqavilə bağlanacaq. Onlar klubun ayın 20-də start götürəcək toplanışına cəlb olunacaq və baş məşqçi Kaxaber Sxadadze həmin futbolçulara əyani olaraq baxacaq. Gürcü hansı futbolçuları bəyənsə, onlarla müqavilə bağlanacaq. Təbii ki, maliyyə məsələsində klubun büdcəsi də nəzərə alınacaq.

Chosen
128
45
rekord.az

10Sources