EN

Ərdoğan: Şimali Kiprin üzvlüyünü Azərbaycan da dəstəkləyir



Şimali Kipr, demək olar, Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür.

aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan da bunu dəstəkləyir: “Şimali Kipr TDT-nin Şuşada keçirilən iclasında təmsil olundu. İndi biz çalışırıq ki, tamhüquqlu üzvü rəsmiləşdirək”.

Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-a gedir. Onun həmkarları ilə görüşü gözlənilir.

aia.az



Chosen
74
11
aia.az

10Sources