EN

Ukrayna Belqorodu atəşə tutdu: Ölənlər və xəsarət alanlar var

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

"Yaralılardan ikisinin vəziyyəti ağırdır" - Qubernator qeyd edib.

O həmçinin əlavə edib ki, təkcə son hücum nəticəsində 160-a yaxın mənzil, 60 fərdi ev və 140-a yaxın avtomobilə ziyan dəyib.


Chosen
122
31
news365.az

10Sources