Bakı. Trend:
AVRO-2024-ün ən sürətli futbolçularının siyahısı açıqlanıb.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, UEFA-nın siyahısına Kilian Mbappe başçılıqedir.
Fransa yığmasının forvardı 36,6 km/s sürətlə 1-ci pillədəqərarlaşıb. Onu ispaniyalı Ferran Torres (36 km/s) və sloveniyalıBenyamin Şeşko (35,9 km/s) izləyib.
Qeyd edək ki, sabah Avropa çempionatının yarımfinalında Mbappevə Torresin komandaları üz-üzə gələcək.