EN

Sabah Bakıda 37 dərəcə isti olacaq

İyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Korrespondent.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti olacaq. 

Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı ehtimal edilir.

Chosen
159
49
korrespondent.az

10Sources