EN

İsrailin ifrat sağçı naziri Qəzzaya hücumların davam etdirilməsini tələb edib

İsrailin ifrat sağçı maliyyə naziri “Bezalel Smotrich” Qəzza zolağına hücumların davam etməli olduğunu müdafiə edib.
Elchi.az xəbər verir ki, Smotriç sosial media hesabından paylaşdığı mesajda Qəzzaya hücumların İsrail “məqsədlərinə çatana qədər” davam etməli olduğunu qeyd edib.
HƏMAS-ın “yıxıldığını” iddia edən Smotriç Fələstin qrupunun “atəşkəs üçün yalvardığını” iddia edib.
Anti-Fələstin baxışları ilə tanınan ifrat sağçı ekstremist Smotriç iddia edib ki, Qəzzaya hücumları indi dayandırmaq “Həmas-ın sağalmasına və bölgədə yenidən döyüşməsinə imkan verəcək”.
Smotriçin Qəzzaya hücumların davam etməsi ilə bağlı açıqlamasının Təl-Əviv və HƏMAS arasında əsir mübadiləsi danışıqlarının gündəmdə olduğu bir vaxta təsadüf etməsi diqqət çəkib.
İsrailin baş naziri Benyamin Netanyahu dünən verdiyi açıqlamada Qəzzada əldə edilən hər hansı atəşkəs razılaşmasının “müharibənin məqsədlərinə çatana qədər İsrailin Qəzzaya yenidən hücum etmək hüququna zəmanət verməli olduğunu” müdafiə edib.Nuranə Məmmədova

Chosen
181
14
elchi.az

10Sources