EN

Formula 1: Luis Hamilton illər sonra qələbə sevinci yaşadı

Bu gün gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 12-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Böyük Britaniyada təşkil olunub.

Silverstondakı yarışda “Mersedes”in təcrübəli sürücüsü, 7 çempionluq sevinci yaşamış Luis Hamilton hamıdan sürətli olub. O, 52 dövrəlik yarışı 1:22:27.059 göstərici ilə yekunlaşdırıb. Bu, Hamiltonun cari mövsümdəki ilk, karyerası ərzində 104-cü qələbəsidir. Bununla da o, Mixael Şumaxerə aid rekordu yeniləyib. Silverstounda o, 9-cu dəfə birinci olub. Bu da bir pilotun eyni trasda qələbələrinin sayına görə ən yüksək nəticədir.

Xatırladaq ki, Luis Hamilton iki il yarım müddət ərzində qələbəyə həsrət idi.

Ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappen bu yarışı 2-ci sırada başa vurub. İlk üçlüyü “Maklaren”in pilotu Lando Norris qapayıb.

Beləliklə, 12 turdan sonra 255 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris 171 xalla 2-ci, Şarl Lekler (“Ferrari”) 150 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda da “Red Bull” 373 xalla vahid liderdir. “Ferrari” 302 xalla ikinci, “Maklaren” 295 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 13-cü qran-prisi Macarıstanda keçiriləcək. Sözügedən yarış iyulun 21-də Modyorod şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 255
  2. Lando Norris (Maklaren) – 171
  3. Şarl Lekler (Ferrari) – 150
  4. Karlos Sayns (Ferrari) – 146
  5. Oskar Piastri (Maklaren) – 124
  6. Serxio Peres (Red Bull) – 118
  7. Corc Rassell (Mersedes) – 111
  8. Luis Hamilton (Mersedes) – 110
  9. Fernando Alonso (Aston Martin) – 45
  10. Lens Stroll (Aston Martin) – 23
  11. Niko Hulkenberq (Haas) – 22
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 20
  13. Daniel Rikkardo (Rasinq Bulls) – 11
  14. Oliver Berman (Ferrari) – 6
  15. Pyer Qasli (Alpin) – 6
  16. Kevin Maqnussen (Haas) – 5
  17. Aleksander Albon (Uilyams) – 4
  18. Esteban Okon (Alpin) – 3
  19. Jou Quanyu (Zauber) – 0
  20. Valtteri Bottas (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 373
  2. Ferrari – 302
  3. Maklaren – 295
  4. Mersedes – 221
  5. Aston Martin – 68
  6. Rasinq Bulls – 31
  7. Haas – 27
  8. Alpin – 9
  9. Uilyams – 4
  10. Zauber – 0
Chosen
151
3
arena.az

10Sources