EN

İsrail bir əsgərinin yaralandığını bildirib

Livandan İsrailə tank əleyhinə raketlərin atılması nəticəsində bir əsgər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

"Livandan İsrailin şimalındakı Zarita bölgəsinə iki tank əleyhinə raket atılıb. Hücum nəticəsində bir əsgər yaralanıb və müalicə üçün xəstəxanaya təxliyə edilib. Bundan əlavə, bu gün səhər saatlarında Livanın cənubundakı Aita əş-Şab bölgəsindən İsrailin şimalındakı Ştula bölgəsinə doğru daha iki tank əleyhinə raket atılıb. Onları İsrailə qarşı terror hücumları üçün sipər kimi istifadə edirlər”,- İDF-in yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, tank əleyhinə atəşi aşkar etdikdən sonra İsrail Hərbi Hava Qüvvələri Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
146
50
ikisahil.az

10Sources