"Qarabağ"ın16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.
Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub.
Qeyd edək ki, U-16-nın baş məşqçisi millimizin sabiq futbolçusu Rəşad Sadiqovdu.