EN

“Titanik” filminin prodüseri Con Landau vəfat edib

“Titanik”

Stokholm, 7 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

“Oskar” mükafatı laureatı prodüser Con Landau xərçəng xəstəliyindən vəfat edib. Bu barədə AZƏRTAC “Variety”yə istinadla xəbər verir.

63 yaşlı Landau rejissor Ceyms Kemeronla bütün dövrlərdə ən çox gəlir gətirən üç filmdə əməkdaşlıq edib - “Oskar” qazandığı “Titanik” (1997), “Avatar” (2009) və “Avatar: Suyun Yolu” (2022).

29 yaşında Con “20th Century Fox” kinoşirkətinin vitse-prezidenti olub və burada o, “Qüdrətli Rencerlər”, “Mogikanların sonu” və “Həqiqi yalan" kimi filmlərə rəhbərlik edib. Onun Ceyms Kemeronla uzunmüddətli əməkdaşlığı məhz buradan başlayıb.

“Con üzərində işlədiyi layihələrə misilsiz ehtiras gətirib və onun təsiri hələ illər boyu ilham verməyə davam edəcək”, - deyə “Üzüklərin hökmdarı” filminin rejissoru Piter Cekson bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
3
azertag.az

4Sources