EN

İran hərbi gəmisi qəzaya uğradı: yaralılar var

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhəri yaxınlığında İran donanmasının “Səhənd” esminesində qəza baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

“Qəzaya səbəb, ehtimal ki, gəminin balanslaşdırıcı çəninin nasazlığı və ya freqatın valının təmirdən sonra suyun sızması olub”, - məlumatda qeyd olunub.

Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib.

Chosen
41
3
axar.az

4Sources