AZ

İran hərbi donanması qəzaya uğradı

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhəri yaxınlığında İran donanmasının “Səhənd” esminesində qəza baş verib.
 

Demokrat.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
 

“Qəzaya səbəb, ehtimal ki, gəminin balanslaşdırıcı çəninin nasazlığı və ya freqatın valının təmirdən sonra suyun sızması olub”, - məlumatda qeyd olunub.
 

Qəza nəticəsində bir neçə nəfərin yaralandığı bildirilib.
 

Seçilən
29
3
demokrat.az

4Mənbələr