EN

Təbriz indi Tehranı yendi

Layihənin rəhbəri seyidlərdir. İran hakimiyyətindəki seyidlər. Xamneyi də məhz bu seyidlərin hakimiyyətdəki nümayəndəsidir. Bu seyidlər İranda tarix boyu farslarla türkləri birləşdirən, barışdıran qüvvə olub. Şiəliyin, belə baxsan iki sütunu var -farslarla Azərbaycan türkləri. Bu sütunlara, bu qoşa minarələrə qalxıb ordan azan verən seyidlər idi. Dünənlərdə bu seyidlər tarixi qərar verib, Azərbaycanı siyasi meydançalara buraxdılar.Buz 11 iyun tarixində qırıldı. Məhz həmin gün İran Ədliyyə Nazirliyinin nümayəndəsi Əsgər Cahangir çox vacib bir qərarı səsləndirdi. Düz üç həftədən sonra prezident Rəisinin ölümü ilə bağlı, helikopter qəzası ilə əlaqədar cinayət işinə start verildiyini elan etdi.Prezidentliyə iddialı Qalibaf da, Cəlili də İran Ali Təhlükəsizlik Şurası ilə sıx tellərlə bağlıdırlar. Bu vacib qurumun kadrlarıdırlar. Bax, bu Ali Təhlükəsizlik Şurası helikopter qəzasının tədqiqatında heç də maraqlı deyildi. Cinayət işinin düz üç həftə yubanması da İrandaxili çəkişmələrdən xəbər verir. Bir dəstə bu cinayəti xalça altına süpürürdü. Digəri, yox… Üç həftə gecikməylə mövzunu gündəmə, masa üzərinə qaytarmaq istəyirdi. İran Ədliyyə Nazirliyinə, görünür, müəyyən qüvvələr “X fayllar”I ötürməyi bacardı. Qalanı artıq Dümanın “Üç muşketyor” romanındakı kimi - qvardiyaçılarla muşketyorların qarşıdurmasını xatırladır.

1925-ci ildə, min illik uzun fasilədən sonra, farslar İranda hakimiyyəti qəsb edib Pəhləvi rejimini hakimiyyətə gətirdilər.2025-ci ildə fars irqçiləri, aryanaçılar bu yubileyi qeyd etməkdən ötrü dəridən-qabıqdan çıxırdılar. Alınmadı!İndi, Pezeşkianın qələbəsindən sonra hakimiyyət 100 il fasilədən sonra yenidən türklərə, Təbrizə qayıtdı bir növ.Pezeşkian fenomeni yox yerdən doğmayıb. Pezeşkian indiyədək sırf daxili fiqur idi. Xarici meydanlarda onu kimsə tanımır."Tehran niyə sükanını Təbrizə ötürdü?" sualının cavabı İrandaxili siyasətin dərin böhrandadır. İran artıq Təbrizsiz, azərbaycanlılarsız idarə oluna bilməz.Fars elektoratı artıq İran rəsmilərini qorxudurdu.Pəhləvi rejimi, Əlirza Pəhləvi kabusu Tehranı çox həyəcanlandlrırdı. Pəhləvilər öz 100 illik yubileylərinə hazırlıq görürdülər. Əlirza Pəhləvi hakimiyyətə gəlməsə də, Pəhləvilərin "Aryana" projesi, ideologiyası İranda artıq leqallaşmaq üzrə idi.Legitimləşirdi. Avropa, Paris, Dehli, Bombeydəki zərdüşt icması, məşhur "Tata" şirkəti, ABŞ-dakı şahpərəst qüvvələr, Con Baydeninin iranlı kadrları, hətta İrəvan belə artıq günləri sayırdılar.Buna qarşı Tehran ortaya Azərbaycan projesini atdı. Öz Azərbaycan layihəsini atdı. Buz da məhz bu vaxt qırıldı. Pezeşkian fenomeni də məhz bu vaxt öz ciddiliyin artırdı. Miqyasını böyütdü.Bunun arxasında Pezeşkianın tezliklə İlham Əliyevlə görüşü dayanır. Tehranın Türk Dövlətləri Təşkilatında üzvlük mövzusu artıq zamana bağlı məsələdir.İbrahim Rəisi qətlində Tehrana dedilər ki, güc, əzələ siyasətinə gəlsə, Qərb xüsusi xidmət qurumları İrandakılardan dəfələrlə peşəkardır. Durnanı, prezidenti göydə vurarlar. Mesaj alındı. Qətlin bir uc, görünür, çox qəliz ünvana - Tehranın özünə, İrandaxili proseslərə uzanırdı. Tehran son nəticədə əzələ siyasətini dəyişməyə məcbur qaldı. Demokratiyaya keçidini Azərbaycan mövzusundan başladı.Azərbaycan kartı ilə rəsmi Tehran modernləşməyə hazırlaşır.Şiə, islam təməlçiliyi bir tərəfdə idi, Zərdüşt təməlçiliyi bir başqa tərəfdə.Xamneyi manevr etdi.Hadisələri izləyək. Top  bizim meydançadadır. "Şimali Azərbaycan Tehranın bu at gedişini necə cavablandıracaq?" sualı indi havadadır. Sözsüz bu, yeni kadrlar, özü də Güney mənşəli kadrlar istəyəcək bizdən. Yeni Milli Məclisdə bu kadrlar təmsil olunmalıdır. Güney əsilli azərbaycanlılar, buradan - Bakıdan da öz tələblərini Tehrana ünvanlamalıdırlar.Çoxlarının indi İranda ev-eşikləri var. Yaxud bu mülklər talan olunub... Məncə, bu mövzular da Tehrana göndərilməlidir.Həəə... Yeni İran siyasəti, daha doğrusu yeni Güney siyasəti bizim üçün vacibdir.İran, Xamneyi bu sahədə manevrə, yenidəqurmaya getdi. Bəs Bakının yeni Güney siasəti nə olacaq? Yeni parlamentdə Güney əsilli nümayəndələrimiz olacaqmı?Tehran siyasətini kökündən dəyişdi.Bakının cavabı görək nə olacaq?

Chosen
21
2
anspress.com

3Sources