AZ

İRAN-YENİ KADRLAR - TƏBRİZ İNDİ TEHRANI YENDİ - BAKIDAN GÖZLƏNTİLƏR

Ednews yazıçı, şair Həmid Herisçinin yeni yazısını təqdim edir:

Lajihənin rəhbəri seyidlərdi. İran hakimiyyətindəki seyidlər. Hamneyi də məhz bu seyidlərin hakimiyyətdəki nümayəndəsidi. Bu seyidlər İranda tarix boyu farslarla türkləri birləşdirən, barışdıran qüvvə olub. Şiəliyin belə baxsan iki sütunu var -farslarla Azərbaycan türkləri. Bu sütunlarə, bu qoşa minarələrə qalxıb ordan əzan verən seyidlər idi. Dünənlərdə bu seyidlər tarixi qərar verib, Azərbaycanı siyasi meydançalara buraxdılar.

 

Buz, 11 iyun tarixində qırıldı. Məhz həmin gün İran Ədliyyə nazirliyi nümayəndəsi Əskər Cahangir çox vacib bir qərarı səsləndirdi. Düz üç həftədən sonra president Rəisinin ölümü ilə bağlı, helicopter qəzası ilə əlaqədar cinayət işinə start verildiyini elan etdi.

Prezidentliyə iddialı Qalibaf da, Cəlili də İran Ali Təhlükəsizlik Şurası ilə sıx tellərlə bağlıdırlar. Bu vacib qurumun kadrlarıdırlar. 

 

Bax bu Ali Təhlükəsizlik Şurası helicopter qəzasının tədqiqatında heç də maraqlı deyildi.

 

Cinayət işinin düz üç həftə yubanması da İran daxili çəkişmələrdən xəbər verir. Bir dəstə bu cinayəti xalça altına süpürürdü. Digəri, yox…üç həftə gecikməylə mövzunu gündəmə, masa üzərinə qaytarmaq istəyirdi.

 

İran Ədliyyə Nazirliyinə görünür müəyyən qüvəvələr “X fayllar”I ötürməyi bacardı. Qalanı, artıq Dyumanın “Üç muşketyor” romanındakı kimi qvardiyaçılarla müşketyorların qarşıdurmasını xatırladır.

 

***

 

 

1925-ci ildə, min illik uzun fasilədən sonra farslar İranda hakimiyyəti qəsb edib Pəhləvi rejimini hakimiyyətə gətirdilər.

 

2025-ci ildə fars irqçiləri, aryanaçılar bu yubileyi qeyd etməkdən ötrü dəridən-qabıqdan çıxırdılar.

Alınmadı.

 

İndi, Pezeşkyanın qələbəsindən sonra hakimiyyət, 100 il fasilədən sonra yenidən türklərə, Təbrizə qayıtdı bir növ.

 

Pezeşkyan fenomeni yox yerdən doğmayıb.

Pezeşkyan indiyədək sırf daxili fiqur idi. Xarici meydanlarda onu kimsə tanımır.

 

"Tehran, niyə sükanını Təbrizə ötürdü?" sualının cavabı, İran daxili siyasətindəki dərin böhrandadır.

İran artıq Təbrizsiz, azərbaycanlılarsız idarə oluna bilməz.

 

Fars elektoratı artıq İran rəsmilərini qorxudurdu.

Pəhləvi rejimi, Əlirza Pəhləvi kabusu Tehranı çox həyəcanlandlrlrdı. Pəhləvilər öz 100 illik yubileylərinə hazırlıq görürdülər.

 

Əlirza Pəhləvi hakimiyyətə gəlməsə də, Pəhləvilərin "Aryana" projesi, ideologiyası İranda artıq leqallaşmaq üzrəydi.

 

Leqetimləşirdi.

Avropa, Paris, Dehli, Bombeydəki zərdüşt icması, məşhur "Tata" şirkəti, ABŞ-dakı şahpərəst qüvvələr, Con Baydeninin iranlı kadrları, hətta İrəvan belə artıq günləri sayırdılar.

Buna qarşı Tehran ortaya Azərbaycan projesini atdı.

Öz Azərbaycan layihəsini atdı.

Buz da məhz bu vaxt qırıldı. Pezeşkyan fenomeni də məhz bu vaxt öz ciddiliyin artırdı. Miqyasını böyütdü.

Bunun arxasında, Pezeşkyanın tezliklə İlham Əliyevlə görüşü dayanır. Tehranın, Türk Dövlətləri Təşkilatında üzvlük mövzusu artıq zamana bağlı məsələdir.

İbrahim Rəisi qətlində Tehrana dedilər ki, güc, əzələ siyasətinə gəlsə, Qərb xüsusi xidmət qurumları İrandakılardan dəfələrlə peşəkardı.

Durnanı, prezidenti göydə vurarlar.

Mesaj, alındı.

Qətlin bir ucu görünür çox qəliz ünvana-Tehranın özünə, İran daxili proseslərə uzanırdı.

Tehran, son nəticədə əzələ siyasətini dəyişməyə məcbur qaldı.

Demokratiyaya keçidini Azərbaycan mövzusundan başladı.

Azərbaycan kartı ilə rəsmi Tehran modernləşməyə hazırlaşır.

Şiə, islam təməlçiliyi bir tərfdə idi, Zərdüşt təməlçiliyi bir başqa tərəfdə.

Hamneyi, manevr etdi.

Hadisələri izləyək.

Top, bizim meydançadadır.

"Şimali Azərbaycan Tehranın bu at gedişini necə cavablandıracaq?" sualı indi havadadır.

Sözsüz bu, yeni kadrlar, özü də Güney mənşəli kadrlar istəyəcək bizdən.

Yeni Milli Məclisdə bu kadrlar təmsil olunmalıdır.

Güney əsilli Azərbaycanlılar, burdan-Bakıdan da öz tələblərini Tehrana ünvanlamalıdırlar.

Çoxlarının indi İranda ev-eşikləri var. Yaxud bu mülklər talan olunub...Məncə bu mövzular da Tehrana göndərilməlidir.

Həəə...Yeni İran siyasəti, daha doğrusu yeni Güney siyasəti bizim üçün vacibdi.

İran, Hamneyi bu sahədə manevrə, yenidəqurmaya getdi.

Bəs Bakının yeni Güney siasəti nə olacaq?

Yeni parlamentdə Güney əslilli nümayəndələrimiz olacaqlarmı?

Tehran, siyasətini kökündən dəyişdi.

Bakının cavabı görək nə olacaq?

 

Xatırladaq ki, Həmid Herisçi Güney Azərbaycanla bağlı yazıları ilə dövri mətbuatda müntəzəm yazıları ilə çıxış edir.

Seçilən
17
2
ednews.net

3Mənbələr